Ey mavi göylərin üçrəngli bəzəyi, qızlarımızın gəlinliyi, şəhidlərimizin son örtüyü dalğalanan bayrağım.
Ey millətimin azadlığının rəmzi bayrağım.
7 noyabr 2014-cü il tarixində Bayraq günü münasibətilə Akademik Zərifə Əliyeva adına liseydə təntənəli bayram tədbiri keçirildi. Tədbir Azərbaycan himninin oxunması və bayrağımızın yüksəklərə qaldırılaraq dalğalandırılması ilə açıq elan edildi. Tədbiri liseyin tarix müəllimi Pərviz Ağalarov açıq elan etdi. O, bu günün tarixi əhəmiyyətindən, dövlətimizin azadlığına necə nail olmasından söhbət açdı.
Tədbirin keçirilməsində əsas məqsədlərdən biri Vətənə olan bağlılığımız olsa da, ən əsası bu günün gənclərində Vətənə, bayrağa, şəhidlərimizin qanı ilə sulanmış torpağımıza olan sevgini artırmaq idi.
Tədbirdə yadda qalan anlardan biri də Vətən sevgisinin təməlləri idi.
1. Vətən sevgisi
a) O sevgi ki cəbhədə əsgərdir
b)O sevgi ki göylərdə bayraqdır
c)O sevgi ki qəlblərdə eşqdir
ç)O sevgi ki təmənnasızıdr
d)O sevgi ki anamizin südü qədər safdır
e)O sevgi ki ölçüsüzdür
Son olaraq qeyd olundu ki, "Bayraq" vətənə olan sevgi rəmzidir.