17 may 2017-ci il tarixində Akademik Zərifə Əliyeva adına liseyin Rus dili və ədəbiyyatı müəlimi Dürrə Hidayətzadə tərəfindən "Azərbaycan və rus şairlərinin yaradıcılığında Vətən mövzusu " başlıqlı tədbir keçirildi. Azərbaycan və rus bölməsində oxuyan 9 və 10-cu sinif şagirdlərinin iştirak etdiyi tədbirdə Abbas Səhhət, Abdulla Şaiq, Robert Rojdenstvenskiy, Sergey Yesenin, Yevgeni Yevtuşenkonun əsərləri səsləndirildi. Tədbir rəngarəngliyi, mövzu zənginliyi və iştirakçıların maraqlı çıxışları, aktivliyi ilə yaddaşlarda silinməz izlər buraxdı. Sonda liseyin direktoru Mehriban Vəliyeva Dürrə Hidayətzadəyə və tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.