Akademik Zərifə Əliyeva adına liseydə Müstəqillik Günü ilə bağlı tədbir keçirilib. Şagirdlər hazırladıqları təqdimatlarla çıxış ediblər. Liseyin tarix müəllimi Pərviz Ağalarov müstəqillik qazanmaq uğrunda mübarizə aparan tanınmış şəxsiyyətlər barədə maraqlı faktlarla şagirdləri tanış edib.