Liseydə 20 Yanvar hadisələrinin ildönümü ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə liseyin tarix müəllimi Rüfət Rizayev və 20 Yanvar cəmiyyətinin sədr müavini Sahib Əlizadə çıxış etdilər. Tədbirdə şagirdlərə 20 Yanvar hadisələrinin səbəbləri, o dövrdə ölkədə baş verən siyasi proseslərdən məlumat verildi. Çıxış edənlər bu gün Azərbaycanda baş verən siyasi sabitliyi, güclü ordumuzun olmasını qeyd etdilər. Gələcəkdə belə hadisələrin təkrar olunmaması üçün ölkə müstəqilliyimizin, ordumuzun və iqtisadiyyatımızın gücləndirilməsinin vacibliyi vurğulandı.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallara cavab verildi.