Liseydə Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı “Xocalı soyqırımını unutma!” adlı tədbir keçirilib. Tədbirdə liseyin şagirdlərinin iştirakı ilə hazırlanmış videoçarxlar nümayiş etdirilib, şagirdlərin hazırladıqları təqdimatlar dinlənilib. Tədbirin sonunda tarix müəllimi P. Ağalarov çıxış edədək Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyətinin siyasi mövqeyi barədə maraqlı faktlarla şagirdləri tanış edib.