22 oktyabr 2019 cu il tarixdə liseyin 10a5 sinfində Məmmədli Ələddin müəllimin "Fəzada düz xətlə müstəvinin paralelliyi" mövzusunda nümunəvi interaktiv dərs təşkil olunmuşdur. Standart dərs modelində qurulan bu dərsdə 3.1.2. standartı müəyyən olunmuş bacarıqlar fonunda reallaşdırıldı. Şagirdlər yaradıcı tapşırıqların həllində bu bacarıqlara nə dərəcədə yiyələndiklərini nümayiş etdirdilər. Sonda dərs iştirak edən müəllimlərin müzakirəsi əsasında təhlil olundu.