2021/ 2022-cu tədris ilinin ilk günü liseydə keçirilən birinci dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunmuşdur.
Keçirilən dərslərdə müəllimlərimiz xalqımızın qəhrəmanlıq tarixinə nəzər salmış , əsasən, 44 günlük II Qarabağ müharibəsi baradə şagirdlərlə maraqlı məlumatları bölüşmüşlər.
Qazanılan qələbədə Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətinin və Azərbaycan xalqının qəhrəman oğullarının fədakarlığının əvəzolunmaz rolu qeyd olunmuşdur. Xalqın, dövlətin “Dəmir yumruq” kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdiyi bu müharibəni əks etdirən kadrlar nümayiş etdirilmişdir.