Liseyin riyaziyyat müəllimi Aynur Laçınova Zəfər Gününə həsr olunmuş maraqlı mühazirə təşkil etmişdir. Aynur xanım mühazirəsində şagirdlərə:
-silahların atış məsafəsinə görə bucağın təyin olunması, silahın növünə görə atış dairəsi;
-radara düşən obyektin vurulması (funksiyaların kəsişməsi);
-dronlar (ultrasonik sensor vasitəsilə hündürlüyün ölçülməsi, havada qalmaq müddətinə görə trayektoriyanın hesablanması);
-səngərlərin quruluşundakı hesablamalar;
-koordinatların təyin edilməsi və bir başa hədəfin məhv edilməsi ;
-minaların təmizlənməsi (mikrobit vasitəsilə elektromaqnit dalğalarını ölçərək minaların yerinin təyin edilməsi ) ilə bağlı maraqlı məlumatlar vermiş, riyazi hesablamaların aparılması yollarını izah etmişdir.