17.05.2018-ci il tarixində liseyimizdə 9-cu və 10-cu siniflərin iştirakı ilə Breyn-Rinq yarışının seçmə mərhələsi keçirildi. Tarix müəllimləri Pərviz Ağalarov, Rüfət Rizayev və fizika müəllimi Sadiq Həmidovun rəhbərliyi ilə keçirilən yarışda komandalar öz məharətlərini göstərdilər. Yarışın sonunda komandalar arasından seçilən 6 şagird Breyn-Rinq yarışlarında liseyi təmsil etmək hüququ qazandı.