Konstitusiya və Suverenlik ilinə həsr olunmuş bilik yarışı keçirilib

28 Noyabr 2025

28 noyabr tarixində liseydə tarix müəllimləri Rüfət Rizayev və Samir Səmədovun rəhbərliyi ilə Konstitusiya və Suverenlik ilinə həsr olunmuş bilik yarışı keçirilmişdir. Bu dəfə yarışda 9-cu sinif rus bölməsinin şagirdləri öz məharətlərini göstərmişdir. Gərgin mübarizə şəraitində keçən yarışda  9r1 sinif şagirdləri III yerə,  9r2 sinif şagirdləri II yerə, 9r4 sinif şagirdləri isə I yerə layiq görülmüşdür.