“Ana dili” aylığının növbəti tədbiri liseyin 9-cu sinifləri arasında Azərbaycan dili fənni üzrə keçirilən bilik yarışması 23 fevral 2016-cı il tarixində baş tutdu. Ana dilinin dərindən öyrənilməsinə diqqət və həvəsi artırmaq məqsədilə keçirilən bu yarışda uduzan yox, yalnız udan oldu. Ədalətlilik, qarşılıqlı hörmət, səmimilik şəraitində keçən yarışda 9a2 sinfi I, 9a3 sinfi II, 9a2+ sinfi III oldu.
Dostluq, birlik, mehribanlıq, ən əsası ana dilinə məhəbbət qalib gəldi.