- 1989 ildə Bakı Dövlət universetinin mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
- 1989-1992-ci illərdə Bakı Dövlət universetinin nəzdindəki əyani aspiranrurada təhsil almışdır.
- 1994-cü ildə “Psevdoparabolik tənliklər üçün tərs məsələlər” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.
- 1993-2010-cu illərdə Azərbaycan Aqrar universitetində “Ali riyaziyyat” kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində çalışmışdır.
- Xüsusi törəməli tənliklərə dair bir neçə elmi məqalənin, 2 metodiki vəsaitin və “Ali riyaziyyatın əsasları” adlı dərs vəsaitinin müəllifidir.
- 2010-cu ildən akademik Z.Əliyeva adına liseydə riyaziyyat müəllimi işləyir.
- 10.10.2017-ci il tarixdən liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışır.
- Azərbaycan Respublikasının təhsil işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 oktyabr 2021-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
İş təcrübəsi: 1989-cu ildən
E-mail: masimovas@gmail.com