İbrahimov Zəka Akif oğlu

Akademik Zərifə Əliyeva adına lisey
İnformatika müəllimi, İKT üzrə direktor müavini (2021)

Orta təhsilini Kürdəmir rayonu Q. Sadıqov adına Mollakənd kənd tam orta məktəbində alıb. 2010-cu ildə Azərbaycan Texniki Universitetinin “Kompüter təhlükəsizliyi” ixtisasını bitirib. 2012–2014-cü illərdə Sumqayıt Dövlət Universitetinin “İdarəetmədə İnformasiya Sistemləri” ixtisasında təhsil alıb. 2018-ci ildə Gəncə Dövlət Universitetinin “İnformatika müəllimliyi” ixtisasına yiyələnib. 2007-ci ildə ali məktəb tələbələri arasında keçirilən olimpiadada Fizika fənni üzrə Respublika 2-cisi adına layiq görülüb.

Əmək fəaliyyətinə 2011-ci ildən başlayaraq müxtəlif özəl liseylərdə və tədris mərkəzlərində müəllim, direktor müavini, IT mütəxəssis və təlimçi kimi çalışıb. “Ümid Məktəblilərə Pedoqoji-Psixoloji Xidmət Mərkəzi”ndə tədris işləri üzrə direktor müavini vəzifəsində, “Təhsilə Dəstək” Əlavə Təhsil Mərkəzində isə “İT mütəxəssisi–dizayner” kimi fəaliyyət göstərib. Şagirdləri Respublika Fənn Olimpiadalarında, fənn müsabiqələrində, “Sabahın Alimləri” yarışmasında, Dünya Robot Olimpiadalarında və müxtəlif layihə və elm müsabiqələrində qalib olmuşlar. “Sabahın Alimləri” Respublika müsabiqəsində şagirdləri qızıl və bürünc medal əldə edib – 2014-cü il.

2019–2020-ci illərdə Azərbaycan Respublikasının Təhsil İnstitutu və Beynəlxalq Təlim və Layihə Mərkəzinin birgə fəaliyyəti ilə təşkil olunan “Orta məktəblərdə İnformatika fənninə dəstək” layihəsində mentor kimi çalışıb. 2019-cu ildən Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasında “Robotiks” dərslərini tədris edir. 2021-ci ildə onlayn keçirilən Dünya Robot Olimpiadasının Azərbaycan finalında komandaları “Robomission” kateqoriyası üzrə I, II və VII yerləri tutub. Eyni il “RVG – Robot Virtual Games” olimpiadasında komandaları ölkə üzrə I və II yerə layiq görülüb və “SAF – STEAM Azərbaycan Festivalı”nda robot kateqoriyasında baş hakim olub.

2022-ci ildə Dünya Robot Olimpiadasının Azərbaycan finalında komandası “Robomission” kateqoriyası üzrə I yerin sahibi olub. Həmin il Beynəlxalq STEAM Azərbaycan Festivalında “Survivor” kateqoriyasında jüri üzvü kimi iştirak edib. 2023-cü ildə “İnnovativ Məktəb” layihəsi çərçivəsində İsraildə keçirilən təlimi uğurla başa vurub (13 noyabr – 1 dekabr) və Beynəlxalq STEAM Azərbaycan Festivalında “FLL – First Lego League” kateqoriyasında jüri üzvü olub. Eyni il Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsi tərəfindən fəxri fərmanla təltif olunub.

2024-cü ildə “Sabahın Alimləri” Respublika müsabiqəsində şagirdi bürünc medal qazanıb, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsində isə “Gəl robotu birlikdə öyrənək” layihəsi ilə qalib olub. Həmin il Çeçenistanda müəllimlər üçün təşkil edilən “Yay məktəbi” təlimində iştirak edib.

2025-ci ildə Beynəlxalq Robot yarışmasına hakim olub, Respublika səviyyəsində keçirilən Dünya Robot Olimpiadasında “Robomission” kateqoriyası üzrə baş hakim kimi fəaliyyət göstərib. Eyni ildə “Estoniya və Finlandiya təcrübəsinin araşdırılması” layihəsi çərçivəsində 1 həftəlik Estoniya və Finlandiyada səfərdə olub.

2022-ci ildə Almaniyanın Frankfurt şəhərində, 2023-cü ildə Fransanın paytaxtı Paris şəhərində və 2025-ci ildə İspaniyanın Barselona şəhərində təşkil edilən STEM olimpiadasının qrand finallarında şagirdləri ilə birlikdə səfər edərək iştirak edib. Bu olimpiadalarda şagirdləri Riyaziyyat və Proqramlaşdırma kateqoriyaları üzrə yüksək nəticələr əldə edərək qalibiyyət qazanıb. 2025-ci ildə Beynəlxalq STEAM Azərbaycan Festivalında “RoboGames” kateqoriyasında hakim olub.

“ECDL” Beynəlxalq Kompüter proqramı üzrə təlimçidir. Hazırda liseydə İnformatika müəllimi və İKT üzrə direktor müavini vəzifəsində çalışır.

Əlaqə: ibrahimovzeka@gmail.com