“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

05 May 2016

 5 may 2016-cı ildə “Gülüstan” sarayında ümumilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil  olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 
Ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən təqdimat müsabiqəsi  Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunmuşdur.
“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən 5 nəfər – I, 11 nəfər – II, 16 nəfər   III dərəcəli diplomla təltif olundu. 
Qeyd edək ki, liseyimizin  9a3 sinif şagirdi Məmmədova Eliza bu müsabiqədə iştirak etmişdir. Müsabiqənin nəticəsinə əsasən I dərəcəli diplom və qiymətli hədiyyə ilə təltif olundu.