Əli Əmirlinin "Mesenat" əsəri səhnələşdirildi

10 Mart 2016

10 mart 1873-cü il Azərbaycanda Milli Teatr Günü kimi qeyd olunur. Bu münasibətlə liseyimizdə Azərbaycan dili və ədəbiyyat müəllimi Pərvin Qəribovanın bədii rəhbərliyi və 11a4 sinfinin iştirakı ilə Əli Əmirlinin "Mesenat" əsəri səhnələşdirildi. Əsər xeyirxah işləri və mesenatlığı ilə xalqımızın dərin hörmətini, böyük məhəbbətini qazanmış, yaddaşlarda pozulmaz izlər qoymuş Hacı Zeynalabdin Tağıyevin ailə dramına həsr olunmuşdur. Tamaşa liseyin müəllim və şagird heyəti tərəfindən rəğbətlə qarşılandı. Sonda liseyin direktoru Mehriban xanım Vəliyeva çıxış edərək şagirdləri ərsəyə gətirdikləri uğurlu iş münasibətilə təbrik etdi.