Yurdda sülh, cahanda sülh

21 Sentyabr 2022

21.09.2022-ci il  tarixində liseydə Beynəlxalq Sülh Günü qeyd edildi. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Liseyin Azərbaycan və rus bölmələrinin 9-cu sinif şagirdlərinin iştirak etdiyi tədbir maraqla qarşılandı. Şagirdlər Azərbaycan, rus və ingilis dillərində etdikləri çıxışlarında sülhün ilk növbədə insanın daxilində olmasından danışdılar. Daxilində sülh olan insanın ölkəsində və dünyada sülhün bərqarar olması üçün əlindən gələni edəcəyini əminliklə söylədilər.Yer üzündə yaşayan insanları sülhə səsləyən çağırışlar etdilər.