Yasamal rayon İcra hakimiyyətinin dəstəyi ilə Novruz şənliyi keçirildi .

18 Mart 2016

Yasamal istirahət parkında Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz bayramı qeyd edildi. Bayram şənliyində Yasamal rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun ali, orta-ixtisas, orta ümumtəhsil, səhiyyə və digər idarə, müəssisə və təşkilatların kollektivləri, ictimai birliklərin nümayəndələri, eləcə də rayon sakinləri iştirak edirdilər.
Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına liseyin bir qrup müəllim və şagird kollektivi də bu tədbirdə iştirak etmişdir