Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

26 Fevral 2016

26.02.2016-cı il tarixində liseyimizdə Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirildi. Xalq artisti Lyudmila Duxovnayanın rəhbərliyi altında hazırlanmış tədbirdə liseyimizin 10-cu sinif şagirdləri iştirak etmişdir. Şagirdlərimiz Xocalıya, Vətənə həsr olunmuş şeirlərlə çıxış etdilər. Tədbirdə şeirlərindən istifadə olunmuş şairə Nailə Nadir həmin gün liseyimizin qonağı olmuşdur. Nailə xanım çıxışında tədbir haqqında öz fikirlərini bölüşdü və bugünə həsr olunmuş şeirlərindən birini səsləndirdi. Tədbirin sonunda liseyimizin direktoru Mehriban xanım çıxış edərək Lyudmila xanıma və iştirakçı şagirdlərə öz təşəkkürü bildirdi. Sonda iştirakçılarla xatirə şəkli çəkildi.