Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş tədbir

22 Fevral 2016

22.03.2016-cı il tarixində liseydə xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş “Mən inamın övladıyam” adlı ədəbi-bədii tədbir keçirildi.      
Azərbaycan dili və ədəbiyyat müəllimləri Rəna Xəlilova, Nigar Axundova və Pərvin Qəribovanın rəhbərliyi ilə təşkil olunmuş tədbirdə iştirak edən 9 və 10-cu sinif şagirdləri şairin həyat və yaradıcılığından söz açaraq onun əsərlərindən gözəl nümunələr səsləndirdilər.      
9a3 sinif şagirdlərinin “Gülüstan” poeması əsasında hazırladıqları səhnəcik şairin vətənə məhəbbətindən, xalqa sevgisindən, vətəninə, xalqına edilən haqsızlığa qarşı isyanından xəbər verirdi.      
Milli- mənəvi dəyərlərimizin: böyüyə hörmət, kiçiyə məhəbbət hislərinin tərənnümünü 10r2 və 10r3 sinif şagirdlərinin “Atılmışlar” poemasından hazırladıqları səhnələrdə daha aydın görmək olurdu.      
Ədibin drammaturgiyası da diqqətdən kənarda qalmadı. 9a2+ və 9a4 sinif şagirdləri bu sahəyə müraciət edərək “Özümüzü kəsən qılınc” əsərindən parçalar səhnələşdirmişdilər.      
Tədbirin sonunda liseyin direktoru Mehriban Vəliyeva çıxış edərək şair haqqında xatirələri ilə şagirdlərlə bölüşdü və hazırladıqları bu tədbirə görə onlara təşəkkürünü bildirdi.      
Sonda tədbir iştirakçıları ilə xatirə şakli çəkildi.