World Scholar's Cup Beynəlxalq məktəblilərarası yarışların direktoru Joseph Harr liseyimizin qonağı oldu

06 Dekabr 2017

  6 Dekabr 2017-ci il tarixində Akademik Zərifə Əliyeva adına liseydə World Scholar's Cup Beynəlxalq məktəblilər arası yarışların direktoru Joseph Harr ile görüş keçirildi. Görüşdə 9 və 10- cu siniflər arasından seçilmiş İngilis dilində danışıq,dinləmə və yazı bacarıqlarına , o cümlədən yüksək dünyagörüşünə sahib olan şahirdlər də iştirak etdi. Beynəlxalq yarışların Yanvar ayında Azərbaycanda keçiriləcək ilk mərhələsi haqqında ətraflı məlumat alan şagirdlər yarışa xüsusi maraqla yanaşdılar. Görüş zamanı həmçinin Mr.Joseph və şagirdlər müxtəlif qlobal məsələlər barəsində kiçik diskussiyalar apardılar. Onu da qeyd edək ki, World Scholor's Cup yarışlarının məqsədi şagirlərin dil biliyini nümayiş etdirmək deyil, esas hədəf onlarda öz fikirlərini tutarlı dəlil ve arqumentlərlə istər yazılı, istər şifahi formada çatdıra bilmək bacarığını formalaşdırmaqdır. Şagirdlər yarışın qaydaları və əvvəlki illərdə keçirilən tədbirlərlə tanış olduqda sonra bu maraqlı görüş xatirə fotosu ilə tamamlandı.