Vətən bağı al-əlvandır, var içində xarı bülbül!

21 Noyabr 2022

Liseydə Şuşa ilinə həsr olunmuş “Vətən bağı al-əlvandır, var içində xarı bülbül!” adlı tədbir keçirildi. Şagirdlər hazırladıqları təqdimatlarda öz əksini tapmış Şuşanın tarixi, coğrafi mövqeyi, tanınmış şəxsiyyətləri, mədəniyyəti barədə maraqlı məlumatları yüksək səviyyədə tədbir iştirakçılarına təqdim etdilər. 

Tədbirin sonunda “Qarabağ Azərbaycandır” təqdimat layihəsinin iştirakçı sinifləri müxtəlif dərəcəli diplom və təşəkkürnamələrlə təltif olundu. Layihə müsabiqəsinin nəticəsinə görə 9a4 sinfi I yerə, 9r2 sinfi II yerə,  9a2 sinfi isə III yerə layiq görüldü. Digər iştirakçı siniflərin şagirdlərinə təşəkkürnamələr təqdim olundu

.