“TEDx at school” adlı layihənin təqdimatı

16 Dekabr 2015

16 dekabr 2015-ci il tarixində akademik Zərifə Əliyeva adına liseydə yeni layihənin təqdimatı baş tutdu. “TEDx at school” adlı layihənin rəhbəri liseyin tarix müəllimi Zemfira Məhəmmədova ingilis dilində layihənin mahiyyəti, məqsədi, perspektivləri haqqında məlumat verdi. Tədbirdə liseyin 9, 10, 11-ci sinif şagirdləri öz təqdimatları ilə çıxış etdilər. Çıxışlar müxtəlif mövzuları əhatə edirdi. Bu layihənin I təqdimatı idi. Tədbirin qonaqları liseyin direktoru Mehriban xanım, liseyin ingilis dili müəllimləri və ABŞ Təhsilli Azərbaycan Məzunları təşkilatının layihə rəhbəri Sevinc Hüseynova olmuşdur. Təqdimat qonaqlar və iştirakçılar tərəfindən yüksək qiymətləndirildi.