Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş tədbir

26 Oktyabr 2016

26 oktyabr 2016-cı il tarixində Respublika İncəsənət Gimnaziyasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş məktəblərarası müsabiqənin I mərhələsi keçirilmişdir. Bu mərhələdə liseyimizin şagirdləri Nizami mövzularından istifadə edərək öz bədii qiraət bacarıqlarını və Nizami irsinə nə qədər bələd olduqlarını nümayiş etdirdilər. Liseyimizin şagirdləri tərəfindən hazırlanmış bədii-musiqili kompozisiyada Nizaminin “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun” “Yeddi gözəl” və “İsgəndərnamə” əsərlərinin ideyası məharətlə ifadə olundu. Şagirdlər həm də rəqs və aktyorluq məharəti də göstərdilər.