"Multikulturalizm və vətənpərvərlik" mövzusunda tədbir keçirildi

26 May 2016

May ayının 26-da Akademik Zərifə Əliyeva adına liseydə multikulturalizm mövzusunda tədbir keçirildi. Liseyin tarix müəllimi Pərviz Ağalarovun rəhbərliyi ilə baş tutan tədbirdə Azadinform.az saytının redaktoru, Azərbaycanda multikulturalizmlə bağlı ilk kitabın müəllifi Niyaz Niftiyev və Bilik Fondunun şöbə müdiri Ceyhun Musaoğlu iştirak edirdi. Natiqlər Azərbaycanda multikulturalizm mövzusunda çıxış edərək, şagirdləri maraqlandıran sualları cavablandırdılar.