Liseyimizin 9a1 və 9r1 sinfinin şagirdləri öz robot modellərini təqdim etdilər

19 Oktyabr 2017

  Bu ildən etibarən liseyimizdə 9-cu siniflərin Texnologiya dərslərində Robototexnikaya geniş yer verilmişdir. Şagirdlərimiz ilk gündən LEGO Robotlarına böyük maraq  göstərərək dərslərdən sonra da robotların konstruksiya edilməsi və proqramlaşdırılması ilə məşğul olurlar. Bu yaxınlarda isə liseyimizin 9a1 və 9r1 sinfinin şagirdləri öz robot modelləri üzərində işləməyə başladılar. 19.10.2017 tarixində məktəbin Xatirə Zalında onlar öz robotlarını təqdim etdilər. Tədbirdə liseyin müəllim kollektivi, şagirdlər və valideynlər iştirak etdilər. Şagirdlərin nümayiş etdirdikləri robotlar böyük maraqla izləndi.