Liseyimizdə Xocalı Faciəsi anıldı

26 Fevral 2018

  26.02.2018 tarixdə Akademik Zərifə Əliyeva adına liseydə Xocalı qətliamıyla bağlı tədbirlər keçirildi. Əvvəlcə Xocalı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla anıldı. Məktəbin direktoru Mehriban xanım Vəliyeva məşum soyqırımla bağlı şagirdlərə geniş məlumat verdi. Bundan sonra tarix müəllimlərimiz faciənin səbəbkarları və onların hələ də cəzasız qalmasını tədbir iştirakçılarının nəzərinə çatdırdılar. Daha sonra şagirdlərimiz faciəyə həsr olunmuş şeirlər səsləndirdilər. Tədbir film nümayişi ilə yekunlaşdırıldı.