Liseyimizdə Novruz şənliyi keçirildi

16 Mart 2018

  Hər il olduğu kimi bu il də liseyimizdə Novruz bayramının gəlişi xüsusi qeyd olundu. Milli adət-ənənələrimizə sadiq qalan məktəbin müəllim və şagird kollektivi baharın gəlişini və Novruz bayramına həsr olunmuş tədbirdə iştirak etdilər. Tədbiri giriş sözü ilə açan direktorumuz Mehriban xanım Novruzun əhəmiyyətindən danışaraq tədbir iştirakçılarını təbrik etdi.  Məktəbimizin idman zalında təşkil olunan bayram tədbiri bir-birindən maraqlı səhnəciklər və rəqs çıxışları ilə zəngin oldu. Sonda xatirə şəkilləri çəkildi.