Liseyimizdə “Dünyanı əməllərimizlə nurlandıraq” adlı xeyriyyə aksiyası keçirildi

28 Aprel 2022

Bu gün Akademik Zərifə Əliyeva adına liseydə görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99 illiyinə həsr olunmuş ənənəvi “Dünyanı əməllərimizlə nurlandıraq” xeyriyyə aksiyası keçirilmişdir. Zərifə xanımın xeyirli əməllərinin davamçısı kimi liseyin müəllim, şagird və valideyn kollektivinin iştirakı ilə hər il keçirilən bu ənənəvi aksiyadan toplanan vəsait tibbi yardıma ehtiyacı olan uşaqlara ünvanlanır. 
Bugünkü aksiyamız imunyetməzlik tipi olan “Xroniki granulomatoz”  xəstəliyindən əzab çəkən 2 yaşlı Yusifin sağlamlığına qovuşmasına yardım məqsədi ilə keçirilmişdir. 
Aksiyada iştirak edən hər kəsə təşəkkürümüzü bildiririk.
Ümid edirik ki, illər ötəcək və Yusifin özü “mərhəmətə aparan yollar”la  addımlayaraq köməyə ehtiyacı olanlara yardım edəcək.