Liseyimizdə Beynəlxalq Ana Dili Günü qeyd olundu

21 Fevral 2018

    21 fevral Beynəlxalq Ana dili Günüdür. Bu münasibətlə həmin gün akademik Zərifə Əliyeva adına liseydə “Dilimizi sevək, sevilək” adlı tədbir keçirildi. 

    Tədbir çərçivəsində liseyin 9-cu sinif şagirdləri dilimizin gözəlliyini, zərifliyini tərənnüm edən şeirlər söyləyib, onun qorunmasının vacibliyini vurğuladılar. 

    Tədbirin II hissəsi əyləncəli viktorina şəklində təşkil olunmuşdu. Şagirdlər püşkatma yolu ilə hər komanda da 4 şagird olmaqla 5 qrupa bölündülər. 

  “Səs”, “Söz”, “Dil”,  “Cümlə” və “Ünsiyyət” adlı komandalar viktorinanın şərtlərinə əsasən, I mərhələdə təqdim olunan şəkilləri qruplaşdırmaqla atalar sözü düzəltməli, II mərhələdə lövhədə əks olunmuş yanıltmacları sürətli və düzgün söyləməli, III mərhələdə atalar sözlərini əvvəlcə rus dilindən azərbaycan dilinə, daha sonra əksinə çevirməli, son mərhələdə isə ən çox 8 söz istifadə etməklə Dil haqqında öz aforizmlərini yaratmalı idilər. 

  Münsiflər heyətinin qiymətləndirməsindən sonra “” komandası I, “” komandası II, “” komandası isə III yerin qalibi oldu. Komandalar diplomlarla təltif olundular. 

  Tədbrin ərsəyə gəlməsində liseyin Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimləri: Rəna Xəlilova, Aynurə İsmayılova və Nigar Axundovanın zəhməti olmuşdur. 

  Sonda akademik Zərifə Əliyeva adına liseyin direktoru – filologiya elmləri doktoru Mehriban xanım Vəliyeva çıxış edərək şagirdlərə dilimizi sevməyi, ona qayğı və hörmətlə yanaşmağı, onu qorumağı tövsiyə etdi. 

  Ən sonda tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkildi.