Liseyimizdə “AS Qrup İnvestment” şirkətinin Xocalı faciəsinə həsr etdiyi “Vətənə çağırış” adıə intellektual yarışması keçirildi

19 Fevral 2018

  19 fevral 2018-ci tarixində liseyimizdə “ AS Qrup İnvestment” şirkətinin sponsorluğu və liseyimizin tarix müəllimi Aytən xanım Tahirlinin rəhbərliyi ilə “Vətənə çağırış” adlı intellektual yarış keçirildi. Tədbirdə liseyin 9 və 10-cu sinif şagirdlərindən ibarət “Cümhuriyyət”, “İstiqlal”, “Məhəmməd Əmir Rəsulzadə” və “Parlament” komandaları iştirak edirdi. Yarışda “Cümhuriyyət” komandası qalib gələrək 26 fevral Azərbaycan Milli Elmlər Akademiyasının kitabxanasında keçiriləcək final oyununa vəsiqə qazandı. Finalçılarımızı təbrik edir, finalda uğurlar arzulayırıq