Liseyimizdə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü anıldı

30 Mart 2018

  30.03.2018 tarixində liseyimizdə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü anıldı. Foyedə toplaşan şagird və müəllim kollektivi önündə çıxış edən tarix müəllimi Pərviz Ağalarov və direktorumuz Mehriban Vəliyeva bu tarixin əhəmiyyətindən bəhs etdilər. Daha sonra tədbir iştirakçıları bir dəqiqəlik sükutla şəhidlərin əziz xatirəsini yad etdilər.