Akademik Zərifə Əliyeva adına liseydə 18 oktyabr Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi

18 Oktyabr 2017

  Hər il olduğu kimi bu il də liseyimizdə 18 oktyabr Müstəqillik Gününə həsr olunmuş tədbir təşkil olundu. Liseyin 11-ci sinif şagirdlərinin iştirakı ilə təşkil olunmuş toplantıda ilk öncə liseyin direktoru Mehriban xanım Vəliyeva çıxış etdi. Ardınca liseyin tarix müəllimi Rüfət Rizayev şagirdlərə bu gün haqqında məlumat verdi, Azərbaycan xalqının müstəqillik əldə etmək üçün keçdiyi tarixi yoldan söz açdı. 

  Daha sonra liseyin 9 və 10-cu sinif şagirdləri üçün Müstəqilik Günü ilə film təqdim olundu. İlk öncə tarix müəllimləri Pərviz Ağalarov və Rüfət Rizayev şagirdlərə bu günlə bağlı məlumat verdikdən sonra müstəqilliyimizə həsr olunmuş film təqdim olundu.