IDEA layihəsinə həsr olunmuş növbəti seminar təşkil olundu

17 Mart 2016

17 mart 2016-cı il tarixində akademik Zərifə Əliyeva adına liseydə IDEA layihəsi üzrə artıq  III seminar keçirildi. Bu layihədə iştirak edən IX-X sinif şagirdləri ingilis dilində müxtəlif mövzuları şifahi şəkildə təqdim edərək,hər mövzu üzrə ona aid olan təqdimatları nümayiş etdirdilər.
Bu layihənin koordinatoru liseyin tarix müəllimi Zemfira Məhəmmədova layihənin əsas məqsədinin şagirdlərdə ingilis dilində sərbəst danışmaq vərdişinin formalaşdırılmasından, beynəlxalq olimpiadalara marağın yaradılmasından ibarət olduğunu vurğuladı.
Qeyd edək ki, bu layihə artıq 2015-ci ildən həyata keçirilir və hər seminardan sonra daha cox şagirdin marağını layihəyə cəlb etmək olur.