"Gəncliyimizi qoruyaq" adlı narkomaniyaya qarşı növbəti mübarizə tədbiri liseyimizdə keçirildi

08 Aprel 2016

Akademik Zərifə Əliyeva adına liseydə 08.04.2016-cı il tarixində "Gəncliyimizi qoruyaq" adlı narkomaniyaya qarşı növbəti mübarizə tədbiri liseyimizdə keçirildi. Tədbirdə Yasamal Rayon 28-ci Polis idarəsinin rəisi Eldəniz Əkbərov, polis mayoru Nəbi Nəcəfov, İnspektor Ruhiyyə Məmmədova, polis leytenantı Sadiq Əliyev qonaq qismində dəvət olunmuşdular.  
Tədbirdə çıxış edənlər şagirdlərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması üçün hüquq mühafizə orqanlarının, təhsil müəsisələrinin və ictimaiyyətin birgə fəaliyyətinin zəruri olduğu bildirildilər.