Cəbhə bölgəsində xidmət edən qəhrəman əsgərlərimizə dəstək aksiyası keçirildi

07 Aprel 2016

07.04.2016 -cı il tarixində Akademik Zərifə Əliyeva adına liseydə cəbhə bölgəsində xidmət edən qəhrəman oğullarımıza dəstək aksiyası keçirildi. Tədbirdə çıxış edənlər Qarabağ cəbhəsində 4 gün davam edən döyüşlərdə yüksək peşəkarlıq nümayiş etdirən silahlı qüvvələrimizin düşmənə layiqli cavab verdiyini və işğal altında olan torpaqların bir qisminin azad edilməsinin qüruruverici hal olduğunu şagirdlərin diqqətinə çatdırdılar.