Beynəlxalq Ana Dili Günü münasibəti ilə bədii musiqili tədbir keçirildi

19 Fevral 2016

19.02.2016-cı il tarixində akademik Zərifə Əliyeva adına liseydə 21 fevral- Beynəlxalq Ana Dili Günü münasibəti ilə bədii musiqili tədbir keçirilmişdir.
Azərbaycan dili müəllimi İsmayılova Aynurə Zahid qızının təşkil etdiyi tədbirdə liseyin IX- XI sinif şagirdləri öz bacarıqlarını nümayiş etdirmiş, dilimizin gözəlliyi, səlisliyi və zənginliyini xüsusi olaraq vurğulayan görkəmli söz ustadlarından nümunələr söyləmişlər.        
Tədbirin sonunda Aynurə İsmayılova və akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva şagirdlərə öz ürək sözlərini bildirdi.