Bakı Ali Neft Məktəbində Akademik Zərifə Əliyeva adına Liseyin nümayəndələri ilə görüş keçirildi

24 Fevral 2016

Bakı Ali Neft Məktəbində (BANM) Akademik Zərifə Əliyeva adına Liseyin  direktoru, əməkdar müəllim Mehriban Vəliyeva, o cümlədən liseyin bir qrup müəllim və şagirdi ilə görüş keçirildi. Tədbiri açan Ali Məktəbin rektoru Elmar Qasımov qonaqları salamlayaraq onları görməkdən məmnunluğunu bildirdi. O, Akademik Zərifə Əliyeva adına Liseyin yüksək təlim və tədris, o cümlədən tədrislə bağlı xüsusiyyətləri birləşdirən bir təhsil ocağı olduğunu bildirdi. Rektor Elmar Qasımov hazırda BANM-də müxtəlif ixtisaslar üzrə təhsil alan Liseyin məzunlarından razılıq ifadə etdi. O, Liseyin direktoru Mehriban Vəliyevaya təşəkkür edərək, onun rəhbərliyi ilə sözügedən təhsil müəssisəsində yüksək keyfiyyətlərə malik müəllim heyətinin və məzunların olduğunu vurğuladı. Orta məktəbdən gənclərin milli-mənəvi dəyərlərə, tariximizə hörmət ruhunda tərbiyə olunmasında orta ümumtəhsil məktəblərinin rolundan danışaraq Elmar Qasımov Liseydə işlərin məhz bu istiqamətdə aparılmasının müşahidə olunduğunu dedi. O, BANM və Akademik Zərifə Əliyeva adına Lisey arasında olan əməkdaşlığın bundan sonra da davam və inkişaf edəcəyinə əminliyini bildirdi. Elmar Qasımov Liseyin öz məzunlarının timsalında Azərbaycanın görkəmli oftalmoloq alimi, Akademik Zərifə Əliyevanın adını yüksək səviyədə doğrultduğunu vurğuladı. Elmar Qasımov həm müəllimlərə, həm də şagirdlərə təhsildə uğurlar arzuladı.    

Akademik Zərifə Əliyeva adına Liseyin direktoru Mehriban Vəliyeva BANM-in rəhbərliyinə təşəkkür edərək Ali Məktəbdə olmaqdan şad olduğunu dedi. Mehriban Vəliyeva bildirdi ki, BANM öz nüfuzuna görə ali təhsil müəssisələri içərisində seçilən bir ali təhsil ocağıdır. O, Liseyin məzunlarının Ali Məktəbdə etimadı doğrultmalarından, onların özlərini yüksək səviyyədə təqdim etmələrindən məmnunluğunu bildirdi. Mehriban Vəliyeva Liseyin məzunlarının öz uğurlarını BANM-də davam etdirəcəyinə və nailiyyətlərinin davamlı olacağına əminliyini bildirərək bu Ali Məktəbin tələbəsi adını qazandıqları üçün həmin məzunlarla qürur huissi keçirdiyini dedi.    

Görüşdə, həmçinin hal-hazırda BANM-də müxtəlif ixtisaslar üzrə təhsil alan Liseyin məzunları və hazırda Liseydə təhsil alan şagirdlər öz sual və mülahizələri ilə çıxış etdilər, qarşılıqlı müzakirələr və sual-cavab oldu.    

Sonda rektor Elmar Qasımov Liseyin direktoru Mehriban Vəliyevanı BANM ilə əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə Ali Məktəb adından təşəkkürnamə ilə təltif etdi.    

Xəbərə aid link:  http://www.bhos.edu.az/az/news/542-baki-ali-neft-maktabinda-akademik-zarifa-aliyeva-adina-liseyin-numayandalari-ila-gorus-kecirildi  

http://metbuat.az/news/387746/banm-de-akademik-zerife-eliyeva-adina-liseyin-numayendeleri-.html