Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Fransanın George de la Tour liseyində mübadilə proqramı əsasında 2 aylıq təcrübə keçiblər

21 İyun 2016

Təhsil üzrə mübadilə proqramı əsasında Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Fəxrənsə Əliyeva və Rəşid Əliyev Fransanın Metz şəhərində yerləşən George de la Tour liseyində may və iyun ayları ərzində təhsillərini davam etdiriblər.
Mübadilə proqramının məqsədi Fransanın təhsil sistemi ilə tanışlıq, fransız təhsil sistemindəki yenilikləri mənimsəmək, eyni zamanda Azərbaycan təhsilinin dəyişməyə açıq, özünə güvənən, rəqabət duyğusu güclü olan və vətənini, təhsilini dünyada təbliğ edə biləcək biliyə sahib olan gənclik yetişdirdiyini sübut etmək idi.