Akademik Zərifə Əliyeva adına liseyin müəllim-şagird kollektivi Akademik Milli Dram teatrında "Əmir Teymur" tamaşasını izlədi

19 Dekabr 2015

19 dekabr 2015-ci il tarixində Akademik Zərifə Əliyeva adına liseyin müəllim-şagird kollektivi Akademik Milli Dram teatrında "Əmir Teymur" tamaşasını izlədi. 
1925-ci ildə Hüseyn Cavid tərəfindən yazılan ən möhtəşəm əsərlər sırasında "Topal Teymur" əsəri önəmli yerlərdən birini tutur. 
Bu il əsərin yazılmasından 90 il ötür. Əsər 1926-cı ildə çap olunmuş və eyni ildə də səhnələşdirilmişdir. 
Son illərdə Mehriban Ələkbərzadə tərəfindən hazırlanan əsər Akademik Milli Dram teatrında "Əmir Teymur" adı ilə tamaşaya qoyulub. 
 
"Əmir Teymur” tamaşası ilə teatr türk dünyasının ən böyük faciəsini – qardaşın qardaşa silah çəkdiyi, məğlub etdiyi bir tarixi faciəni gündəmə gətirir. 
 
Əmir Teymur rolunu xalq artisti Nurəddin Mehdixanlı ifa edir. 
 
Tamaşa hamı tərəfindən bəyənildi və liseyin direktoru Mehriban Vəliyeva kitab klubunda növbəti müzakirənin məhz bu əsər üzərində olacagını qeyd etdi.