Akademik Zərifə Əliyeva adına liseyin kollektivi ənənəvi Yeni il şənliyini keçirdi

28 Dekabr 2015

28 dekabr 2015-ci ildə Akademik Zərifə Əliyeva adına liseyin  müəllim- şagird kollektivi Dunya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni il bayramını birlikdə qeyd etdi. Tədbiri giriş sözü ilə liseyin direktoru  Mehriban Vəliyeva açdı. Öz təbrikində M.Vəliyeva hər kəsi təbrik edərək dedi: "Akademik Zərifə Əliyeva adına liseyinin müəllim-şagird kollektivi  adından qəlbi Azərbaycan ilə döyünən hər kəsin bayramını təbrik edirik. Qoy bu Yeni il sizlərə mənəvi bərəkət və uğurla bəzənmiş günlər nəsib etsin.  Həmkarlarımızın bayramını xüsusilə təbrik edirik.  Müəllim cəmiyyətin öndə gedən qüvvəsi və bu qüvvəni yetişdirən müqəddəs məslək sahibidir. Belə bir deyim var:" Eşq gözəldir, əgər qarşılığı varsa...Qarşılıqsız da sevmək olar, əgər qarşındakı Vətəndirsə". Vətən sevgisi ruhları xilas edən ən qüvvətli küləkdir.  Bu sevgini qəlbində daşıyacaq varlığa isə Vətəndaş deyilir. Müəllim vətəndaşı yetişdirən varlıqdır. Əziz müəllimlər, bu Yeni il təhsilimizə və sizlərə unudulmaz, xoş uğurlar nəsib etsin".   Ənənəvi Yeni il şənliyi şagirdlərin hazirladığı rəngarəng rəqs və çıxışarla davam etdi.