Akademik Zərifə Əliyeva adına liseyin kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

11 Dekabr 2015

Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin vəfatından 12 il ötür. Bununla əlaqədar dekabrın 11-də Akademik Zərifə Əliyeva adına liseyin müəllim və şagird kollektivi Fəxri xiyabana gələrək Ümummilli liderin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. 
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb.