Akademik Zərifə Əliyeva adına liseydə keçirilən “Rus dilinin səfirləri” layihəsi başa çatmışdır

11 Noyabr 2017

  29 oktyabr 2017-ci il tarixində Akademik Zərifə Əliyeva adına liseydə “Rus dilinin səfirləri” layihəsinə start verilmişdir. Layihə Rusiya Federasiyasının ölkəmizə ezam etdiyi könüllülərin iştirakıyla həyata keçmişdir. Sevindirici haldır ki, layihənin həyata keçməsi üçün Akademik Zərifə Əliyeva adına lisey seçilmişdir. Rusiyanın müxtəlif ali məktəblərinin tələbələri A. S. Puşkin adına Rus Dili Dövlət İnstitutunda xüsusi hazırlıq keçərək ölkəmizə təşrif buyurmuşdular. 10 gün müddətində davam edən proqram öz zənginliyi ilə yadda qalmışdır. Belə ki, bir-birindən maraqlı interaktiv tədris metodları tətbiq edilərək azərbaycanlı şagirdlərə rus dili və ədəbiyyatı, eləcə də rus mədəniyyəti tanıdılmışdır.      

  2015-ci ildən keçirilən beynəlxalq “Rus dilinin səfirləri” proqramı A. S. Puşkin adına Rus Dili Dövlət İnstitutu tərəfindən reallaşdırılır və Rusiya Höküməti və Təhsil Nazirliyi yanında Rus Dili Şurası tərəfindən dəstəklənir. Layihənin iştirakçıları tələbə, aspirant və 18-30 yaşlı gənc mütəxəssislərdir. Azərbaycanda layihə Bakıda fəaliyyət göstərən Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

  6 noyabr 2017-ci il tarixində isə liseyimizdə “Rus dilinin səfirləri” proqramının bağlanış mərasimi keçirildi. Tədbirin əvvəlində qonaqlar liseyin direktoru Mehriban xanım Vəliyevaya göstərdiyi qonaqpərvərliyə görə təşəkkür etdilər. Liseyin bir çox müəllimi və işçisi keçirilən bir həftə ərzində proqram çərçivəsində göstərdikləri dəstəyə və köməyə görə təşəkkürnamələr ilə təltif olundular. Daha sonra rus tələbələr lisey şagirdləri ilə birgə hazırladıqları musiqi nömrələrini hamıya təqdim etdilər. Sonda qonaqlarla xatirə şəkli çəkdirildi.