Akademik Zərifə Əliyeva adına liseydə Beynəlxalq Müəllim Günü qeyd olundu.

04 Oktyabr 2019

4 oktyabr 2019-cu il tarixində liseydə Beynəlxalq Müəllim Günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə  iştirak edən şagirdlər liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Xəlilova Rəna Həsənbala qızını  Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan təhsilinin inkişafında xidmətinə görə “Tərəqqi” medalı  ilə təltif edilməsi münasibətilə təbrik etdilər.

 Liseyin Həmkarlar Təşkilatının sədri Pərviz Ağalarov çıxış edərək həmkarlarının peşə bayramını təbrik etdi və  Şahin Şahbazovu, Əlikram Zülfüqarovu, Həcər İsrafilovanı və Fəridə Rizvanovanı liseyin ictimai həyatında fəal iştirakına görə Həmkarlar İttifaqı Yasamal rayon Komitəsinin “Fəxri Fərman”ı ilə təltif etdi.

Iiseyin şagirdləri  həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərini rəngarəng konsert proqramı ilə təbrik etdilər. Şagirdərin hazıradıqları maraqlı çıxışlar müəllimərdə xoş əhvali -ruhiyyə yaradaraq onlara unudulmaz anlar yaşatdı.

Liseyin direktoru Mehriban Vəliyeva  çıxış edərək  hazırlanmış bayram tədbirinə görə şagirdlərə təşəkkürünü bildirdi. Müəllim kollektivini peşə bayramları münasibətilə təbrik edib onlara gələcəkdə bol-bol uğurlar arzuladı.