Akademik Zərifə Əliyeva adına Liseydə 5 günlük "İKT əsaslı tədris metodikasının hazırlanması və tətbiqi" təlimləri keçirilir

11 Sentyabr 2017

Cənubi Koreya Təhsil Nazirliyi ilə Akademik Zərifə Əliyeva adına Lisey artıq bir neçə ildir ki, əməkdaşlıq edirlər. Bu günlərdə əməkdaşlıq çərçivəsində liseyimizdə növbəti təlimlər keçirilir. Cənubi Koreyadan dəvət edilmiş təhsil eksperti professor Sanghoon Park məktəbimizin müəllimlərinə 5 günlük təlim keçəcək. Təlimin mövzusu  "İKT əsaslı tədris metodikasının hazırlanması və tətbiqi"dir. Qeyd edək ki, orta məktəblərdə tədris prosesində İKT-nin tətbiqi effektiv nəticələrə gətirib çıxarır. Təlimin məqsədi İKT-nin tədris prosesinə inteqrasiyası, müasir avadanlıqlardan istifadə, yeni proqramların tətbiqi ilə bağlı yenilikləri müəllimlərin nəzərinə çatdırmaq, onlarla Cənubi Koreya təcrübəsini paylaşmaqdır. Beş gün davam edən təlimlərdə müəllimlərimiz fəal şəkildə iştirak edirlər. Onlara uğurlar diləyirik.