Aşıq Ələsgər dühası

11 Noyabr 2021

   2021-ci il aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz üstadı Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi tamam olur.
  Möhtərəm Prezidentimiz İlham Əliyev 18 fevral 2021-ci ildə Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır. Bununla əlaqədar Azərbaycan dili və ədəbiyyat müəllimi Aynurə İsmayılovanın rəhbərliyi altında  liseyin rus bölməsində təhsil alan 9-cu sinif şagirdlərinin iştirakı ilə “Aşıq Ələsgər dühası 200 il sonra” mövzusunda yaradıcılıq gecəsi keçirilmişdir.
  Tədbirdə şagirdlər tərəfindən hazırlanmış  təqdimatlar nümayiş etdirilmiş, Aşıq Ələsgərin həyat və yaradıcılığını özündə əks etdirən çıxışlar dinlənilmişdi.
  Eyni zamanda Dədə Ələsgərin şeirlərindən mxtəlif nümunələr səsləndirilmiş və kiçik səhnələr izlənilmişdi.