Tariximizə səyahət

10 Yanvar 2014

 2014-cü il yanvar ayının 10-da  adına liseyin 11a3 və 11a2+ sinif şagirdlərinin iştirakı ilə Azərbaycan Dövlət Tarix Muzeyinə ekskursiya təşkil olundu. Ekskursiyaya liseyin tarix müəllimi Pərviz Ağalarov rəhbərlik edirdi. Şagirdlər muzeydə Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid eksponantlarla tanış oldular. Xüsusilə, XX əsrin əvvəlləri və Azərbaycan Xalq Cumhuriyyətindən bəhs edən sənədlər, Cumhuriyyət dövrü xadimlərinə məxsus ayrı-ayrı əşyalar, şagirdlərdə böyük maraq oyatmaqla yanaşı? onların nəzəri biliklərinin tamamlanmasına, möhkəmlənməsinə səbəb oldu. Ekskursiyaya rəhbərlik edən Pərviz müəllim şagirdləri maraqlandıran sualları da cavablandıraraq bir sıra məs’lələrə aydınlıq gətirdi. Tədbirdə şagirdlər xatirə şəkilləri çəkdirərək Tarix muzeyindən böyük təəssüratlarla ayrıldılar.