Ana dili aylığında növbəti açıq dərs

18 Fevral 2015

18.02.2015 - ci il tarixdə liseyin Azərbaycan dili müəllimi İsmayılova Aynurə tərəfindən 10 r1 sinfində "M.F.Axundzadə - Azərbaycan dramaturgiyasının banisi" mövzusunda açıq dərs keçirilmişdir. Şagirdlərin fəallığı ilə müşahidə olunan dərsin təşkilində fəal dərsin bütün mərhələlərindən istifadə olunmuşdur. Mövzunun müzakirəsi zamanı M.F.Axundzadənin "Müsyo Jordan və Dərviş Məstəlişah" komediyasından kiçik bir epizod nümayiş etdirilmiş, şagirdlər Azərbaycan dilindən rus dilinə və əksinə tərcümələr etmişlər.