"Ana dili" aylığı

02 Fevral 2015

Fevral ayı başlandı və "Ana dili" aylığına start verildi.
Bu aylıqda müxtəlif tədbirlər: açıq dərslər, debatlar, bilik yarışları, şagirdlərin ifasında tamaşalar, müasir ədəbi şəxslərlə görüşlər keçirilməsi nəzərdə tutulmuşdur.
Fevral ayının 3-də bunlardan biri - Rəna Xəlilovanın 10A3 sinfində "Füzulinin həyatı" mövzusunda açıq dərs baş tutdu. Fəal təlim metodlarının tələbləri əsasında qurulmuş dərsdə BİBÖ, konseptual cədvəl, venn diaqramı, klaster üsullarından həm müəllim, həm də şagirdlər uğurla istifadə etdilər.
Şagirdlərin tədqiqat işləri və gəldikləri nəticələr savadlı, elmi və əsaslandırılmış idi. 
Dərsdə şagirdlər sənətkarın hansı bir ömür yolu keçdiyini müşahidə etməklə Füzuli barədə geniş məlumat qazandılar. Dərs şagirdlərin yüksək fəallığı ilə seçilirdi.