Dünya hərb tarixinə imza atmış sərkərdə

07 Fevral 2020

22. 01 .2020-ci il tarixində Akademik Zərifə Əliyeva adına liseyin kollektivi iki dəfə Sovet İttifaqı Qəhrəmanı Tank Qoşunları general-mayoru Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 110-cu ildönümü münasibəti ilə  məzarını ziyarət etmiş, abidəsi üzərinə qərənfillər düzmüşdür. 24. 01. 2020-ci il tarixində isə  Hərb Tarixi Muzeyində qəhrəmanın 17 №-li  tankı, döyüş yolu və s. barədə şagirdlərə geniş məlumat verilmiş, şagirdlər onun şəxsi əşyaları ilə tanış olmuşdurlar. Ekskursiya zamanı Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun tankı önündə xatirəsi  yad edilmişdir.

        07. 02. 2020 –ci il tarixində liseyin xatirə zalında bu silsilə tədbirlər yekunlaşdırıldı. Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinin yad edilməsi ilə başlanıldı. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin nümayəndələri Yeganə Abdulıluyeva, Mürsəl Qurbanov, Müdafiə Nazirliyinin nümayəndələri mayor Emil İbrahimov, MN –nin Nümunəvi Orkestrinin solisti Fidan Həmzəyeva, Yasamal, Səbail, Binəqədi və Nəsimi rayonlarının ümumtəhsil məktəblərinin hərbi rəhbərləri bugünkü tədbirdə qonaq qismində iştirak etdilər.

            Liseyin hərbi rəhbəri Qılman Eyvazov Həzi Aslanov haqqında geniş təqdimatla çıxış etdi. Sonra tədbir X sinif şagirdlari arasında “Hərbi bilik yarışması ” ilə davam etdi.Yarışma İKT-nin tətbiqi ilə həyata keçirildi. III yerə 10 R2 sinfinin “Aslanbekovçular”, II yerə 10 A4 sinfinin “Mübarizlər”, I yerə isə 10 R4 sinfinin “Əhmədiyyə” komandası layiq görüldü. Liseyin direktoru Mehriban xanım Vəliyeva tədbirdə çıxış edərək şagirdlərə vətni və onun qəhrəmanlsrını dərin məhəbbətlə sevdiklərinə görə təşəkkürünü  bildirdi və qalib komandalar Fəxri Fərmanla mükafatlandırıldı.