“Dünya Azərbaycanlılarının Həmrəylik Günü”-nə həsr olunmuş ənənəvi Spartakiada

30 Yanvar 2020

Liseyin şagirdləri hər zaman həmrəy olduqlarını bir daha  sübut etdilər. Hər il olduğu kimi bu il də 29-30.12.2019-cu il taixlərində liseydə  Dünya Azərbaycanlılarının Həmrəylik  Günü  münasibətilə ənənəvi siniflərarası spartakiada keçirildi. Liseyin 24 sinfinin hər biri yarışa öz komandası ilə qatılmışdır. Gərgin, lakin maraqlı keçən seçim mərhələsinin nəticələrinə görə finala  9-cu siniflər üzrə 9r4 sinfinin, 10-cu siniflər üzrə 10a3 sinfinin , 11-ci siniflər üzrə 11a1 sinfinin komandaları  çıxmışdır. Final oyunun nəticələrinə görə 10 a3 sinfi Spartakiadanın qalibi  oldu.